10:11 - 21.07.2025
21 iyul, Fineko/abc.az. Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə – Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1 433 nəfərdən ibarət 327 ailə köç edib.
ABC.AZ xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib.
Onun sözlərinə görə, bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq.
Xüsusi nümayəndə forum iştirakçılarına – yerli və xarici jurnalistlərə Xocalının işğal tarixi, faciə qurbanlarının sayı barədə də məlumat verib.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026