Azərbaycan 6 ayda bu qədər yeyinti məhsulları idxal edib

15:25 - 17.07.2025


17 iyul, Fineko/abc.az. Azərbaycan bu ilin birinci yarısında 1,2 milyard dollar dəyərində yeyinti məhsulları idxal edib.

ABC.AZ xəbər verir ki, bu dövrdə ölkənin yeyinti məhsulları idxalına çəkdiyi xərc ötən ilin eyni ayları ilə müqayisədə 13% çoxdur.

Əlavə edək ki, bu dövrdə yeyinti məhsulları idxalı Azərbaycanın ümumi idxalının 11,10%-ni təşkil edib.