11:21 - 16.07.2025
16 iyul, Fineko/abc.az. Mərkəzi Bank (AMB) Qazaxıstanın “Marsh” və “Aon” sığorta brokerlərini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 98-ə çatıb.
Bundan əvvəl bu ilin aprel ayında Türkiyənin “Gallagher Sigorta ve Reasürans Brokerliği” sirmətinə sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.
Xatırladaq ki, “Marsh” 2000-ci ildən, “Aon” isə 2004-cü ildən fəaliyyət göstərir.