14:20 - 15.07.2025
15 iyul, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları”nın (ADY) sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə görüş keçiriblər.
ABC.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər iki ölkə arasında dəmir yolu ilə sərnişindaşımalarının bərpasının mümkünlüyünü müzakirə ediblər.
Qeyd olunub ki, Tbilisidəki görüşdə R.Rüstəmov və M.Kvrivişvili bu məsələnin əhəmiyyətini bir daha vurğulayıblar.
30 İyul 2026