09:21 - 14.07.2025
14 iyul, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda neftin etalon markalarının qiyməti artır.
Saat 09:20-də ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti $0,14 (0,20%) artaraq bir barelə $70,50-a yüksəlib. İyulun 11-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersləri $1,72 (2,51%) artaraq bir barelə $70,36-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin avqust fyuçersləri saat 09:20-də $0,11 (0,16%) artaraq bir barelə $68,56-a yüksəlib. İyulun 11-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçersləri $1,88 (2,82%) artaraq bir barelə $68,45-a çatıb.
Ötən həftə hər iki marka 3% bahalaşıb.
8 Avqust 2026
8 Avqust 2026