Merts: Rusiya Ukraynaya 500 milyard avro ödəməlidir

11:06 - 11.07.2025


11 iyul, Fineko/abc.az. Almaniya kansleri Fridrix Merts bildirib ki, Rusiya Ukraynaya 500 milyard avro ödəməlidir.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, maddi ziyan təxminən 500 milyard avro qiymətləndirilir.

"Rusiya bu zərərin əvəzini ödəməlidir. Bu baş verməyincə, Rusiya dondurulmuş Rusiya aktivlərinə sahib olmamalıdır və olmayacaq", — deyə o bildirib.