17:16 - 3.07.2025
3 iyul, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ili 388 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 9,6 dəfə azdır.
Ötən il DİM-in əməliyyat gəlirləri 41,073 milyon manat (əvvəlki ilə nisbətən 5,4 % çox), mal-material ehtiyyatları üzrə qiymətdəndüşmənin bərpası üzrə gəlirləri 61 min manat (49,6 % az), investisiya gəlirləri 141 min manat (4,3 dəfə çox), digər gəlirləri 10 min manat (dəyişməyib), işçi heyəti üzrə xərcləri 25,284 milyon manat (18,3 % çox), amortizasiya xərcləri 3,671 milyon manat (27,5 % çox), çap və redaktə xərcləri 6,105 milyon manat (2,6 % çox), təmir və texniki qulluq xərcləri 630 min manat (22,6 % çox), icarə xərcləri 874 min manat (3 dəfə çox), mühafizə xərcləri 151 min manat (32,9 % az), mal və material xərcləri 563 min manat (27,45 % az), ezamiyyə xərcləri 140 min manat (5,4 % az), digər xərcləri 2,089 milyon manat (24,1 % çox), dayandırılmış fəaliyyətlər üzrə xalis zərəri 279 min manat (37,9 % az), mənfəət vergisi ödəmələri 922 min manat (36,4 % çox), digər vergi ödəmələri isə 190 min manat (42,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə DİM-in aktivləri 47,735 milyon manat olub ki, bu da illik müqayisədə 1,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 4,1 % azalaraq 1,89 milyon manata düşüb, balans kapitalı isə 1,3 % artaraq 45,845 milyon manata çatıb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026