15:03 - 1.07.2025
1 iyul, Fineko/abc.az. Azərbaycanda bəzi sığorta şirkətləri müştəri narazılığı, ödəniş gecikmələri və şəffaflığın olmaması ilə bağlı vaxtaşırı ictimai tənqidlərə məruz qalırlar.
ABC.AZ adı ən çox neqativ məsələlərdə hallanan sığorta şirkətlərini araşdırıb.
Adı daha çox neqativ hallanan sığorta şirkətləri (ictimai rəyə əsasən):
1. Meqa Sığorta
Müştərilərin kompensasiya gecikmələri və ödənişdən yayınmalarla bağlı şikayətləri var. Avtomobil qəzası hallarında "sığorta ödəmir" iddiaları çoxdur.
2. Xalq Sığorta
Bir sıra sürücülər və fərdi müştərilər ödənişin uzadılması və ekspertiza prosesində ləngimələrdən şikayət ediblər.
Avto-sığorta (kasko və icbari) sahəsində daha çox neqativ rəy var.
3. Atəşgah Sığorta
Əsasən avtomobil sahibləri ödənişlə bağlı narazılıq ediblər.
Sosial şəbəkələrdə bəzən "standart cavablarla" prosesi uzatmaqla tənqid olunur.
Müəllif: Elmir Murad
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026