Beş ayda ən çox ixrac həyata keçirən şirkətlər - Siyahı

17:49 - 30.06.2025


30 iyun Fineko/abc.az. 2025-ci ilin yanvar-may ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar.

ABC.AZ xəbər verir ki, “MKT İstehsalat Kommersiya" MMC,"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti,"P-AQRO" MMC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Khan-El" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi"MMC, "Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Green Tech" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları"QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu MMC, "Azəripək".