14:42 - 25.06.2025
25 iyun, Fineko/abc.az. Cari il iyulun 1-dən etibarən fiziki şəxslər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydada istifadə etdikdə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 faizini geri ala biləcəklər.
Bu barədə ABC.AZ-a Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bu güzəşt artıq bir sıra digər sahələrdə uğurla tətbiq olunan “ƏDV geri al” (cashback) mexanizmi ilə eyni qaydada həyata keçiriləcək.
İstehlakçılar bu xidmətlər üzrə ödədikləri nağdsız məbləğlərə dair əldə etdikləri kassa çekləri əsasında ƏDV-nin yarısını geri ala biləcəklər.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026