11:05 - 24.06.2025
24 iyun, Fineko/abc.az. Azərbaycanın sığorta bazarında 2025-ci ilin yanvar-may aylarında ümumilikdə 719,4 milyon manatlıq sığorta haqqı toplanıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankın məlumatına istinadla xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrünə nəzərən 11,7% çoxdur.
Bunun 417,7 milyon manatı həyat sığortası, 301,7 milyon manatı isə qeyri-həyat sığortasının payına düşür. Könüllü həyat sığortası üzrə yığımlar 370,6 mln. manat, icbari həyat sığortası üzrə isə 47,1 mln. manat təşkil edib. Könüllü qeyri-həyat sığortası üzrə toplanan sığorta haqları 177,6 mln. manat, icbari qeyri-həyat sığortası üzrə 124,1 mln. manat təşkil edib. Bu dövrdə sığorta ödənişlərində 14,8%-lik artım müşahidə edilib. Sığorta ödənişləri 314,8 milyon manata çatıb.
Sığorta ödənişlərinin 205,3 mln. manatı (20,5% artım) həyat sığortasının, 109,5 mln. manatı (5,4% artım) qeyri-həyat sığortasının payına düşüb. İcbari və könüllü sığortalar üzrə bu rəqəm müvafiq olaraq 2,2 mln. və 54,3 mln. manat təşkil edib. (APA)
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026