15:05 - 21.06.2025
21 iyun, Fineko/abc.az. “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinə şərait yaratmaqla yanaşı, “premium” turizmin bir komponenti kimi oyun turizminin təşkili üçün də hüquqi baza formalaşdırır.
ABC.AZ xəbər verir ki, bunu deputat Azər Əmiraslanov parlamentin plenar iclasında bildirib.
O daha sözlərinə belə davam edib:
“Lakin bu təşəbbüs ölkə ərazisində oyun biznesinin təşviqi və ya təbliği anlamına gəlmir. Əksinə, burada xüsusi tənzimləyici mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bir çox ölkələrdə bu sahədə liberal yanaşmalar tətbiq olunsa da, Azərbaycanda daha ciddi nəzarət və tənzimləmə qaydaları nəzərdə tutulur. Bu da layihəyə mühafizəkar yanaşmanın əsas götürüldüyünü göstərir”.
28 İyul 2026
27 İyul 2026
27 İyul 2026