İyunun sonuna qədər “Alibaba” Cənubi Koreyada ikinci Məlumatların emalı mərkəzini açacaq

17:04 - 19.06.2025


19 iyun, Fineko/abc.az. “Alibaba Group Holding Ltd.” iyunun sonunadək Cənubi Koreyada ikinci məlumatların emalı mərkəzini açacaq. Şirkət süni intellekt və bulud hesablama texnologiyalarına güvənir.

ABC.AZ xəbər verir ki, yeni obyekt, şirkətin bu ilin əvvəlində elan etdiyi AI və bulud infrastrukturuna 380 milyard yuan (52,9 milyard dollar) sərmayənin bir hissəsidir.

Şirkətin bu tədbirləri Cənubi Koreya müəssisələrinin bulud və Aİ-xidmətlərə artan tələbinə cavabdır.