09:27 - 11.06.2025
11 iyun, Fineko/abc.az. Etalon markaların qiyməti çərşənbə günü hərracda sabitdir.
Brent markalı neftin ICE Futures birjasında avqust fyuçersi saat 09:25-də $0,05 (0,07%) azalaraq bir barelə $66,82-a düşüb. İyunun 10 – da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin avqust fyuçersi $0,17 (0,25%) azalaraq bir barelə $66,87-a enib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyul fyuçersi saat 09: 25-də $0,02 (0,03%) artaraq bir barelə $65,00-a yüksəlib. İyunun 10-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $0,31 (0,47%) ucuzlaşaraq bir barelə $64,98-a düşüb.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026