14:37 - 10.06.2025
10 iyun, Fineko/abc.az. Pis reputasiyaya malik bəzi təkər brendlərini araşdırmışıq.
ABC.AZ-ın araşdırmasına əsasən, siyahı müxtəlif forumlar və istifadəçi rəylərinə əsasən hazırlanıb.
1. Westlake – Çin istehsalıdır. Ucuz olsa da, performansı çox vaxt zəif qiymətləndirilir.
2. Goodride – Yenə Çin mənşəlidir. İqtisadi aspektdən sərfəli olsa da, yol tutuşu və uzunömürlülük baxımından zəifdir.
3. Linglong – Bəzi modelləri qənaətcil olsa da, ümumilikdə təhlükəsizlik baxımından tövsiyə edilmir.
4. Triangle – Aşınma müqaviməti və sükan stabilizasiyası zəif ola bilər.
5. Chaoyang – Ən ucuz təkərlərdən biridir, amma çox vaxt sürətli aşınma və zəif performans göstərir.
Qeyd edək ki, mütəxəssislər ucuz təkər almağı cəlbedici hesab etsə də, təhlükəsizlik və idarəetmə baxımından bunu riskli sayırlar.
Müəllif: Elmir Murad