Bağlanmış 2 bankın müştərilərinin 98 faiz əmanətləri qaytarılıb

11:54 - 5.06.2025


5 iyun, Fineko/abc.az. 2023-cü ildə müflis elan olunmuş “Günay Bank” ASC və “Muğan Bank” ASC-nin qorunan əmanətçiləri üzrə əmanət sahiblərinə vəsaitlərinin müvafiq olaraq 98% və 97%-i qaytarılıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bank yayıb. 

Qeyd edilib ki, 30.12.2024-cü il tarixinə ləğv prosesində olan “Günay Bank” ASC üzrə 2 209 nəfər əmanətçiyə 34.3 mln. manat, ləğv prosesində olan “Muğan Bank” ASC üzrə isə 7 689 nəfər əmanətçiyə 199 mln. manat məbləğində kompensasiya ödənilib.