SOCAR-a yaxın daha bir şirkət təsis edilib

17:10 - 4.06.2025


4 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yaxın daha bir şirkət təsis edilib.

ABC.AZ xəbər verir ki, bu, “SOCAR Dunqa” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət Dövlət Vergi Xidməti tərəfindən 30 may 2025-ci ildə dövlət qeydiyyatına alınıb.

“SOCAR Dunqa”nın qeydiyyat ünvanı Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev.121-da (SOCAR Tower) yerləşir.

Şirkətin nizamnamə kapitalı 1000 manat olmaqla ona Ramil Pənahov Məhərrəm oğlu rəhbərlik edəcək.

Xatırladaq ki, bundan öncə isə “SOCAR Zone I” və “SOCAR BTBK” MMC-lər dövlət qeydiyyatına alınıb. (Banker.az)