09:35 - 4.06.2025
4 iyun, Fineko/abc.az. Etalon markaların qiyməti dünən artdıqdan sonra çərşənbə günü keçirilən hərracda azalır.
Brent markalı neftin avqust ayı üçün fyuçersi ICE Futures birjasında saat 09:30-da $0,30 (0,46%) azalaraq bir barelə $65,33-a düşüb. İyunun 3-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin avqust fyuçersləri $1,00 (1,55%) artaraq bir barelə $65,63-a çatıb.
Saat 09:30-da NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti $0,30 (0,47%), bir barelə $63,11-a düşüb. İyunun 3-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $0,89 (1,42%) artaraq bir barelə $63,41-a çatıb.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026