Neft bahalaşır, Brent bir barelə $65,86 təşkil edir

09:30 - 29.05.2025


29 may, Fineko/abc.az. Etalon markaların qiymətləri Cümə axşamı keçirilən hərracda yüksəlir.

Brent markalı neftin iyul fyuçerslərinin ICE Futures birjasında qiyməti saat 09:28-də $0,96 (1,48%) artaraq bir barel üçün $65,86-a yüksəlib. Mayın 28 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin iyul fyuçersləri $0,81 (1,26%) artaraq bir barel üçün $64,90-a çatıb.

Saat 09:28-də  NYMEX əmtəə birjasının ticarətində  WTI neftinin iyul fyuçerslərinin qiyməti $1,01 (1,63%) artaraq bir barel üçün $62,85-a yüksəlib. 28 may ticarətinin nəticələrinə görə,  WTI neftinin iyul fyuçersləri $0,95 (1,56%) – bir barel üçün $61,84-a yüksəlib.