Putin və Fidan qaz təchizatını müzakirə ediblər

17:27 - 27.05.2025


27 may, Fineko/abc.az. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan və Rusiya prezidenti Vladimir Putin Ankara ilə Moskva arasında enerji əməkdaşlığı, o cümlədən Rusiya qazının Türkiyəyə tədarükü məsələlərini müzakirə ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə Hakan Fidan bildirib.

O qeyd edib ki, görüşdə "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı problemlər də müzakirə olunub. Putin bu layihəyə böyük maraq göstərib. BOTAŞ və Qazprom arasında qaz tədarükü ilə bağlı danışıqlar da davam edib. Türkiyə bu məsələdə Rusiyadan dəstək istəyib. Hakan Fidan Vladimir Putinlə görüşü məhsuldar adlandırıb.