17:24 - 27.05.2025
27 may, Fineko/abc.az. Avropa İttifaqında milyarder İlon Maskın təsis etdiyi Tesla şirkətinin elektromobillərinin satış həcmi kəskin şəkildə azalır. Aprel ayında AB ölkələrində 5475 Tesla avtomobili satılıb ki, bu da 2024-cü ilin eyni ayına nisbətən 52,6 faiz azdır.
ABC.AZ xəbər verir ki, bu, 27 may çərşənbə axşamı, ACEA Avropa Avtomobil İstehsalçıları Birliyi tərəfindən bildirilib.
Qeyd olunur ki, 2025-ci ilin ilk dörd ayında Tesla-nın satış göstəriciləri illik müqayisədə 46,1 faiz azalaraq 41 677 avtomobilə düşüb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026