16:34 - 27.05.2025
27 may, Fineko/abc.az. Sony maliyyə bölməsini ayrıca bir struktur kimi ayırmağı planlaşdırır – səhmlərinin 80 %-i səhmdarlar arasında paylanacaq, qalan 20 % isə şirkətin özündə qalacaq.
ABC.AZ xəbər verir ki, sentyabr ayından etibarən yeni struktur bölməsinin səhmləri birjada ticarətə çıxarılacaq.
Əyləncə biznesinin ümumi gəlirin 60 %-dən çoxunu təşkil etməsinə baxmayaraq, Sony rəhbərliyi yarımkeçirici istehsalına investisiya qoyuluşunun vacibliyini vurğulayır. Baş direktor Hiroki Totoki bildirib ki, şirkət bu istiqamətdə inkişafın müxtəlif yollarını nəzərdən keçirir — çiplərin müstəqil istehsalından tutmuş tərəfdaşların cəlb edilməsinə qədər.
Xüsusi diqqət görüntü sensorlarının istehsalına yönəldilir. Bu sahədə TSMC ilə birgə yaradılmış JASM müəssisəsinin Yaponiyada yerləşən ilk fabriki artıq fəaliyyətə başlayıb. Bununla yanaşı, Sony anime sahəsini də fəal şəkildə inkişaf etdirir və bu seqmentdə gəlirlərin əhəmiyyətli dərəcədə artacağını gözləyir.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026