Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib

16:07 - 27.05.2025


27 may, Fineko/abc.az. Azərbaycandakı bankların 2025-ci ilin yanvar-aprel ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 4 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 207 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.

Bankların 2024-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 984 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-aprel ayında faizlər üzrə xərcləri isə 541.5 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.