12:34 - 27.05.2025
27 may, Fineko/abc.az. Azərbaycan dövlət büdcəsinin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir.
ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisdə çıxışında bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 29,4 %, xərclərinin çəkisi isə 29,9 % olub: “Fiskal xərclərin ÜDM-dəki xüsusi çəkisində artım dinamikası müşahidə edilsə də, hələ də bu göstəricimiz əksər inkişaf etmiş və bir sıra inkişaf etməkdə olan dövlətlər ilə müqayisədə aşağıdır. Belə ki, bu göstərici İtaliyada 53,8 %, Macarıstanda 49,2 %, Almaniyada 48,4 %, Braziliyada 45,4 %, İspaniyada 45,3 %, Böyük Britaniyada 44,2 %, Rusiyada 36,5 %, Qırğızıstanda 35,7 %, Türkiyədə 33,2 %-dir.”
V.Bayramovun fikrincə, 2024-cü ilin fiskal nəticələri göstərir ki, qeyri-neft sektoru üzrə daxilolmalar hələ də büdcənin cari xərclərini ödəmir: “Belə ki, qeyri-neft sektoru üzrə daxilolmalar 19 milyard 192 milyon manat olsa da cari xərclər 21 milyard 343 milyon manat olub. Bu o deməkdir ki, büdcənin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir və bu da qeyri-neft və qaz sektorunun fiskal gəlirlərdə payının daha da artırılmasını aktuallaşdırır”.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026