12:17 - 27.05.2025
27 may, Fineko/abc.az. Braunşveyq şəhər məhkəməsi Volkswagen şirkətinin dörd keçmiş rəhbərini dizel mühərriklərinin emissiya göstəricilərində manipulyasiya etdiklərinə görə cəzalandırıb.
ABC.AZ xəbər verir ki, dizel mühərriklərinin hazırlanmasına cavabdeh olmuş Yens Hadler 4,5 il, keçmiş texnologiya direktoru Hanno Yelden isə 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Daha iki nəfər — keçmiş İdarə Heyətinin üzvü Haynts-Yakob Noyster və menecer Torsten D. — şərti cəza alıblar.
Ümumilikdə 31 nəfər üzrə istintaq davam edir.