13:32 - 8.11.2017
8 noyabr, Fineko/abc.az. “Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti öz texniki imkanlarının genişləndirilməsi, əsasən də, qatarların texniki xidməti üzrə tədbirlər görür.
Bakı metropoliteninin 50 illiyinə həsr olunmuş tədbirdə QSC-nin rəhbəri Zaur Hüseynov bildirdi ki, əvvəllər Bakı metrosu qatarlarının təmiri əsasən ölkə xaricində, xüsusilə, Tbilisidə həyata keçirilirdi.
“Artıq qatarların təmiri, bütün lazımi şərait yaradılmış Nərimanov deposunda həyata keçiriləcək. Bunun nəticəsində xərclər əhəmiyyətli dərəcədə azalacaq, həmçinin dövlət vəsaitinə xeyli qənaət olunacaq”, - deyə Z.Hüseynov bildirdi.
Onun sözlərinə görə, 2014-cü ildə 520 vaqon, 2015-ci ildə 212 vaqon, 2016-cı ildə isə 152 vaqon təmir edilmişdir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026