14:54 - 19.09.2018
19 sentyabr, Fineko/abc.az. “Aqrolizinq” ASC-nin rəhbər işçiləri sentyabrın 22-də saat 11.00-da Şəki şəhər Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzində fermer və sahibkarlarla görüş keçirəcəklər.
Görüşdə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından fermer və sahibkarların iştirakı nəzərdə tutulur. “Aqrolizinq” rəhbərliyi ilə görüşdə iştirak etmək istəyən şəxslər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 735-35-77) müraciət edə bilərlər.
Qeyd edək ki, bundan əvvəl “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Şəmkir, Masallı, Salyan rayonlarında bölgə sakinləri ilə görüşlər təşkil olunub. Görüşlərdə əsas məqsəd “Aqrolizinq”in göstərdiyi xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026