Sığorta şirkətləri ötən il 114 milyon 917,4 min manat investisiya gəliri əldə edib

16:34 - 13.05.2025


13 may, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanın sığorta şirkətləri 114 milyon 917,4 min manat investisiya gəliri əldə edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu illik müqayisədə 30 milyon 979,7 min manat (36,9%) çoxdur.

2023-cü ildə Azərbaycanın sığorta şirkətləri 83 milyon 937,7 min manat investisiya gəliri əldə edib.