12:17 - 12.05.2025
12 may, Fineko/abc.az. Coinbase-in baş direktoru Brayan Armstronq bəyan edib ki, şirkət kriptovalyutanın ənənəvi maliyyə sisteminə sürətlə inteqrasiya olunmasına arxalanaraq dünyanın aparıcı maliyyə platformalarından birinə çevrilmək niyyətindədir.
ABC.AZ-ın məlumatına görə, hazırda Coinbase birja çərçivəsindən kənara çıxaraq ödəniş həlləri, kastodial xidmətlər və steyblkoinlər sahəsində fəaliyyətini genişləndirir. Əsas diqqət USDC-nin populyarlığının artırılmasına və BlackRock, PayPal kimi nəhəng tərəfdaşlarla əməkdaşlığa yönəlib.
Armstronqun fikrincə, gələcəkdə bütün iri banklar kriptovalyutalardan istifadə edəcək, Coinbase isə bu sahədə lazım olan infrastrukturu təqdim edəcək. ABŞ-da tənzimləmələrin yumşaldılması isə daha geniş inkişaf imkanları yaradacaq.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026