11:49 - 6.05.2025
6 may, Fineko/abc.az. Harvard Universiteti dövlət maliyyələşməsindən kənarlaşdırılıb.
ABC.AZ xəbər verir ki, bu barədə ABŞ-ın təhsil naziri Linda Makmehon məlumat verib. Onun sözlərinə görə, universitet xarici tələbələri qəbul etməklə təhsil sistemi qaydalarını pozur. Nazir bildirib ki, həmin tələbələr kampus ərazisində iğtişaş və zorakılıq törədirlər.
Qeyd edək ki, bundan əvvəl sabiq prezident Donald Tramp Harvard Universitetini tənqid etmiş, onu “antisemit” adlandıraraq, demokratiyaya təhdid yaratdığını bəyan etmişdi.
27 İyul 2026