ABŞ xarici filmlərə 100% gömrük rüsumu tətbiq edir

10:11 - 5.05.2025


5 may, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp bütün xarici filmlərə 100 faizlik gömrük rüsumunun tətbiq olunacağını bəyan edib.

ABC.AZ xəbər verir ki, Trampın sözlərinə görə, xarici ölkələr Amerika kino sənayesinin nümayəndələrini özlərinə cəlb etməyə çalışır, bu isə ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır və təbliğatın yayılmasına xidmət edir.

Prezident Ticarət Nazirliyi və ABŞ-ın ticarət nümayəndəsinə yeni tariflərin tətbiqi prosesinə dərhal başlamağı tapşırıb. Bu qərar, apreldə qüvvəyə minmiş və 185 ölkədən gətirilən məhsullara yönəlmiş gömrük rüsumlarının davamı kimi qiymətləndirilir.