“GL” ASC qaydaları pozdu - 50 min manat cərimələndi

15:02 - 1.05.2025


1 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı lombard şirkəti “GL” ASC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, AMB tərəfindən aparılmış planlı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən lombard fəaliyyəti ilə məşğul olan “GL” ASC və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 manat və 10 000  manat məbləğində cərimə edilib.