15:51 - 30.04.2025
30 aprel, Fineko/abc.az. 2025-ci ilin mart ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25 milyon ABŞ dolları) birinci olub.
ABC.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nın aprel sayında qeyd edilib. Sözügedən siyahıda pomidor (tomat) (17.8 milyon ABŞ dolları) ikinci, pambıq (15,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Cari ilin ilk üç ayında Rusiya Federasiyasına 232,9 milyon ABŞ dolları, Türkiyəyə 134,3 milyon ABŞ dolları, Gürcüstana 80,6 milyon ABŞ dolları, İsveçrəyə 69,6 milyon ABŞ dolları, Ukraynaya isə 51,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin mart ayında Rusiya Federasiyasına 82,1 milyon ABŞ dolları, Türkiyəyə 51,5 milyon ABŞ dolları, Gürcüstana 27,7 milyon ABŞ dolları, İsveçrəyə 26 milyon ABŞ dolları, BƏƏ isə 10,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.