14:41 - 30.04.2025
30 aprel, Fineko/abc.az. ABŞ-da mart ayında idxal və ixrac arasındakı fərq 162 milyard dollaradək artaraq 1990-cı illərin əvvəllərindən bəri müşahidə olunan ən yüksək səviyyəyə çatıb.
Kəsirin bu artımı, demək olar ki, tam şəkildə yeni rüsumların tətbiqi ərəfəsində idxalın sürətlə artması ilə izah olunur.
ABC.AZ xəbər verir ki, şirkətlər yeni gömrük rüsumları qüvvəyə minməzdən əvvəl ehtiyatlarını artırmaq məqsədilə idxal olunan malların alışını sürətləndiriblər.
Analitiklərin sözlərinə görə, şirkətlər qabaqcadan çoxlu miqdarda məhsul idxal etdikləri üçün birinci rübdə ÜDM-in artımı zəif görünəcək. Belə ki, keçən rübdə 2,4% olan artım bu dəfə yalnız 0,3% səviyyəsində proqnozlaşdırılır. İqtisadçılar ikinci rübdə nisbi bərpa gözləyirlər: idxal azalacaq, ÜDM isə artacaq.