12:24 - 30.04.2025
30 aprel, Fineko/abc.az. Bu ilin aprelin 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 8 milyard 603,6 milyon manat təşkil edib.
ABC.AZ Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, istehlak kredit portfeli aylıq müqayisədə 59,6 milyon manat (0,7%), ötən ilin sonu ilə müqayisədə 158,6 milyon manat (1,9%), illik müqayisədə 1 milyard 666,6 milyon manat (24%) böyüyüb.
Qeyd edək ki, istehlak kredit portfeli bu ilin martın 1-nə 8 milyard 544 milyon manat, yanvarın 1-nə 8 milyard 445 milyon manat, ötən ilin eyni dövrünə 6 milyard 937 milyon manat təşkil edib.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026