17:07 - 22.04.2025
22 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) “Xalq Sığorta” ASC, “Şirvan Sığorta və Təkrarsığorta Brokeri” və “Azərbaycan İnşurans Brokinq” MMC-lərə icrası məcburi göstəriş verib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, qurumun həyata keçirdiyi yoxlamalar çərçivəsində şirkətlərin sığorta qanunvericiliyinin tələblərini təmin etmədiyi məlum olub.
Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinə əsasən onlara icrası məcburi göstəriş verilib.