Səhmdarlar  İnvestor Portalı vasitəsi ilə səs verə bilər

17:00 - 15.04.2025


15 aprel, Fineko/abc.az.  "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin növbəti ümumi yığıncağının gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səsvermə bülleteni 15.04.2025-ci il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdirilib (invp.e-mdm.gov.az).

ABC.AZ quruma istinadla xəbər verir ki, hər bir səhmdar gündəlikdə olan məsələlərə dair münasibətini Şəxsi kabinet vasitəsilə 15.04.2025-ci il tarixindən 07.05.2025-ci il tarixinədək elektron qaydada bildirməklə və ya bülleteni çap edərək müvafiq qaydada dolduraraq (məsələlərə münasibətini dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqəsinin surətini təqdim etmək şərti ilə) qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 07.05.2025-ci il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilər.