“Audi” və “Porsche” şirkəti 60 mindən artıq avtomobili geri çağırır

10:33 - 15.04.2025


15 aprel, Fineko/abc.az. Almaniyanın “Audi” və “Porsche” avtomobil istehsalçıları ABŞ-də 60 mindən artıq avtomobili texniki nasazlıqlarla əlaqədar geri çağırmaq qərarına gəlib.

ABC.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, xüsusilə, “Audi” “Q7” və “Q8” də daxil olmaqla 14 modelinin 44,3 min avtomobilini idarə panelində avtomobilin sürəti və işıq mənbələrinin işləməsi ilə bağlı məlumatları səhv göstərə bilən texniki problemlərə görə geri çağırır.

Digər tərəfdən, “Porsche” şirkəti 2024-2025-ci illərdə istehsal edilən 8 570 “Macan” modelini arxa görüntü kamerasındakı texniki qüsura görə geri çağıracaq.