Antalya hava limanında genişləndirilmiş terminallar işə salındı

17:21 - 14.04.2025


14 aprel, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 12-də Antalya hava limanında yenidənqurmadan sonra genişləndirilmiş terminalların açılışı mərasimində iştirak edib.

ABC.AZ xəbər verir ki, layihəyə qoyulan investisiyalar təxminən 1,05 milyard dollar təşkil edib. Genişləndirilmiş obyektlərə sahəsi 224 min kvadratmetr olan beynəlxalq terminal və daxili sahəsi 75 min kvadratmetr olan terminal daxildir.

2029-cu ilə qədər hava limanının 45 milyon sərnişinə xidmət göstərəcəyi gözlənilir.

Layihənin effektivliyini vurğulayan Ərdoğan, hökumətin xərclərinin sıfır olduğunu və özəl sektorun maliyyələşdirilməsini tam təmin etdiyini qeyd edib. "Bu, dövlət-özəl tərəfdaşlığın uğur hekayəsidir", — deyə o bildirib.
Bundan əlavə, hava limanı təyyarə dayanacağının tutumunu artırıb, VIP terminalı təkmilləşdirib və 5 min kvadratmetrlik DHMI ofisi də daxil olmaqla yeni xidmət binaları əlavə edib.