16:21 - 14.04.2025
14 aprel, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı Moldovanın əsas limanı olan Curculeştanın Beynəlxalq azad limanına yeni investor tapmaq üçün beynəlxalq tender elan edib.
"AYİB bu strateji aktivin Moldova üçün uğurlu uzunmüddətli inkişafına daha da dəstək verə biləcək potensial strateji və maliyyə investorlarını müəyyənləşdirmək üçün beynəlxalq tender yolu ilə strukturlaşdırılmış birləşmə və satınalma (M&A) prosesinə start verib", - Bankın press-relizində deyilir, deyə ABC.AZ məlumat verir.
İnvestor Moldova Hökuməti ilə, o cümlədən gələcək kommersiya fəaliyyəti, habelə limanın hüquqi bazası ilə bağlı tam koordinasiyada axtarılır.
AYİB, limanın 2021-ci ildə alınmasından etibarən səmərəliliyini, ötürücülük qabiliyyətini və gəlirliliyini artırdığını da qeyd edib.
AYİB-in limanın satışı üzrə məsləhətçisi Raiffeisenbank-dır.