MAQATE-nin baş direktoru Qrossi İrana səfər edəcək — Tarix

12:09 - 14.04.2025


14 aprel, Fineko/abc.az. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin Tehranla Vaşinqton arasında danışıqların ikinci raundu ərəfəsində bu həftə İslam Respublikasına səfəri gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə www.iran.ru yazır.

Qrossinin MAQATE-nin İranın nüvə obyektlərinin monitorinqi və yoxlanılması üzrə fəaliyyətini müzakirə edəcəyi gözlənilir.

"İran, xüsusilə ABŞ və İsrail rejimi tərəfindən İranın dinc nüvə obyektlərinə qarşı davam edən təhdidlər şəraitində MAQATE-dən qanuni öhdəliklərini yerinə yetirməsini gözləyir", — deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqei vurğulayıb.

Onun sözlərinə görə, MAQATE 533 saylı qətnaməyə və digər beynəlxalq hüquq normalarına uyğun olaraq aydın mövqe tutmalı və bu cür təhdidləri pisləməlidir.