Gürcüstanda İT sektorunun gəlirləri Rusiya və Belarusdan gələn mütəxəssislərin axını fonunda azalıb

17:18 - 7.04.2025


7 aprel, Fineko/abc.az. Gürcüstanda İT sektorunun gəlirləri Rusiya və Belarusdan mütəxəssislərin axını fonunda azalıb. 

ABC.AZ xəbər verir ki, 2024-cü ildə bu göstərici 688 milyon dollar təşkil edib ki, bu da bir il əvvələ nisbətən 12% azdır, deyə Gürcüstan Milli Bankının hesabatında deyilir.

2021-ci ilə qədər ölkədə İT sahəsində təxminən 30 min nəfər işləyirdi, sənayenin gəliri 153 milyon dollar olaraq qiymətləndirilirdi. 2022-ci ildə mütəxəssislərin sayı əsasən Rusiya Federasiyasından, eləcə də Belarusiyadan 10 min İT işçisi artdı. 2023-cü ilin sonunadək İT sektorunda çalışan insanların sayı Gürcüstanda 48 min nəfər təşkil edib.