10:56 - 7.04.2025
7 aprel, Fineko/abc.az. May ayının ortalarından Azərbaycanın milli aviadaşıyıcısı – AZAL Moldovanın paytaxtı Kişinyov şəhərinə uçuşların sayını artırır.
ABC.AZ xəbər verir ki, bu barədə Kişinyov Beynəlxalq Hava Limanından məlumat verilib.
Məlumata görə, mayın 12-dən Bakı-Kişinyov-Bakı istiqamətinə uçuşlar həftənin bütün günü yerinə yetiriləcək. Artıq qeyd olunan tarixdən gündəlik bilet satışı həyata keçiriləcək.
Qeyd edək ki, hazırda AZAL Bakı-Kişinyov-Bakı istiqamətinə uçuşları həftədə 5 dəfə – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri yerinə yetirir. Azərtac
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026