"Volvo Cars”ın satışları martda 10 faiz azalıb

17:03 - 4.04.2025


4 aprel, Fineko/abc.az. Çinin "Geely" şirkətinə məxsus olan “Volvo Cars”ın satışları mart ayında 10 faiz azalıb.

ABC.AZ "Bloomberg"ə istinadən xəbər verir ki, bu dövrdə şirkətin elektrik avtomobil satışları isə 26 faiz azalıb.

Ümumillikdə "Volvo Cars" mart ayında 70 737 avtomobil satıb ki, bu da illik müqayisədə 10% azdır. Bu nəticə şirkətin səhmlərinin 3 faiz ucuzlaşmasına səbəb olub.