16:17 - 4.04.2025
4 aprel, Fineko/abc.az. Kosmik teleskopların güzgülərinin aktiv səthlərini tənzimləmək üçün cihaz Rusiyanın Novosibirsk şəhərində Pekin kosmik mexanika və elektrik mühəndisliyi İnstitutu üçün hazırlanıb.
ABC.AZ xəbər verir ki, iş, Günəş sistemindən kənarda kosmosun araşdırılması və potensial olaraq yaşayış üçün uyğu olan planetlərin aşkarlanması məqsədi daşıyan “Miyin” elmi proqramı çərçivəsində aparılır.
“2030-cu ildən qalaktikamızla qonşu bölgələri müşahidə etmək üçün müasir teleskoplar, infraqırmızı detektorlar və digər sensorlar olan bir sıra kosmik uçuş cihazlarının buraxılması planlaşdırılır", — deyə İnstitutunda bildiriblər.