11:39 - 23.11.2026
23 noyabr, Fineko/abc.az. Azərbaycan Çinə ilk dəfə 21 ton fındıq ixrac edib. İlk partiyanı göndərən “AGRARCO” MMC Çinə 21 ton fındıq ləpəsi ixrac edib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Vurğulanıb ki, Tədarük AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın ixracı üzrə karantin və sanitariya tələblərini müəyyən edən protokol çərçivəsində həyata keçirilib.
Qeyd edək, ilk partiya Çin tərəfinin fitosanitar və qida təhlükəsizliyi tələblərinə cavab verib və müvafiq sertifikatlarla təmin olunub.
Xatırladaq ki, “AGRARCO” MMC 2026-cı ilin avqustunda Çinə fındıq ləpəsi ixrac etmək üçün ölkənin CIFER sistemində rəsmi qeydiyyata alınan ilk Azərbaycan müəssisəsi olub.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026