14:07 - 4.04.2025
4 aprel, Fineko/abc.az. Kiyev heç vaxt itirilmiş əraziləri Rusiya ərazisi kimi tanımayacaq, lakin zamanla diplomatik yolla geri qaytarılmasına imkan verəcək kompromis ehtimalını istisna etmir.
ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Çerniqov vilayətinin sahibkarları ilə görüş zamanı bildirib.
Bununla yanaşı, Zelenski qeyd edib ki, “ədalətli sülh” yalnız bütün ərazilər qaytarıldıqda mümkün olacaq. Onun sözlərinə görə, Kiyev Ukraynanın ərazi bütövlüyünün bərpası üçün hər şeyi edəcək.
"RBC-Ukrayna” xəbər verir ki, dövlət başçısı Moskva ilə Kiyev arasında tam atəşkəsin yaxın aylarda və ya həftələrdə baş verə biləcəyini də bildirib.