10:10 - 4.04.2025
4 aprel, Fineko/abc.az. Alman avtomobil nəhəngi “Volkswagen” Prezident Donald Trampın idxal olunan avtomobillərə 25%-lik rüsum tətbiq etməsindən sonra ABŞ-də avtomobillərinin qiymətinin artması barədə elan edən ilk istehsalçı olub.
ABC.AZ xəbər verir ki, b barədə “Bloomberg” şirkət nümayəndələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu qərar həm istehlakçılar, həm də avtomobil istehsalçıları üçün mənfi nəticələrə gətirib çıxaracaq ticarət siyasətində dönüş nöqtəsi ola bilər.
Almaniyanın avtomobil lobbisi “VDA”nın rəhbəri Hildeqard Müller bildirib ki, Trampın tarifləri bütün bazar iştirakçılarına zərər verəcək və bu ticarət siyasətində fundamental dönüş nöqtəsi olacaq.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026