11:12 - 3.04.2025
3 aprel, Fineko/abc.az. “Xalq Sığorta” ASC 2024-cü ili 4 milyon 791 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ildə 12 milyon 466 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 3 dəfəyə yaxın azalmadır.
ABC.AZ adıçəkilən sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Xalq Sığorta” şirkətinin cəmi gəlirləri 28 milyon 843 min manat (əvvəlki ilə nisbətən 33% az), cəmi xərcləri 24 milyon 874 min manat (22% az) təşkil edib.
“Xalq Sığorta”nın hesabladığı sığorta haqları 2023-cü ildə 24 milyon 46 min manat ikən, 2024-cü ildə 24 milyon 606 min manata çatıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026