09:18 - 2.04.2025
2 aprel, Fineko/abc.az. Etalon markaların qiyməti dünənki enişdən sonra çərşənbə günü ticarətdə sabitdir.
ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri saat 09:15-də $0,01 (0,01%) - bir barelə $74,50-a yüksəlib. Aprelin 1-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin iyun fyuçersləri $0,28 (0,37%) azalaraq bir barelə $74,49-a enib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin may fyuçersləri saat 09:15-də $0,04 (0,06%) artaraq bir barelə $71,24-a yüksəlib. 1 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçersləri $0,28 (0,39%) azalaraq bir barelə $71,20-a düşüb.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026